Şrift:
2017-ci il dövlət büdcəsinin xərclərinin tərkibi dəyişib
17.11.2016 [11:04] - Xəbərlər, Gündəm, İqtisadiyyat
Azərbaycanın 2017-ci il dövlət büdcəsinin xərclərinin tərkib hissəsində dəyişiklik edilib. Bu, prezident İlham Əliyev tərəfindən Milli Məclisinə təqdim olunmuş "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində, gələn ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnozlar 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat məbləğində saxlanılıb. Bundan fərqli olaraq gələn ilin dövlət büdcəsində mərkəzləşdirilmiş gəlirlər 22 mln. 087 manat artırılaraq 15 mlrd. 334 mln. 706 min manat, yerli gəlirlər isə 22 mln. 087 manat azaldılaraq 620 mln. 294 min manat səviyyəsində proqnozlaşdırılıb. Eyni zamanda, gələn ilin dövlət büdcəsində mərkəzləşdirilmiş xərclər üzrə proqnozun 29 mln. 556 min manat artırılaraq 15 mlrd. 911 mln. 286 min manat, yerli xərclər isə 29 mln. 556 manat azaldılaraq 688 mln. 714 min manat məbləğində təsdiq edilməsi təklif olunub.

Xatırladaq ki, bundan əvvəlki variantda dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 min manat, yerli gəlirləri 642,381 mln. manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 881,730 mln. manat, yerli xərcləri 718,270 mln. manat məbləğində proqnozlaşdırılıb.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed