17.11.2016 [11:11] - Gündəm, Bildiriş
MDB ölkələri arasında keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə müsabiqə elan edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi MDB ölkələri arasında keyfiyyət sahəsində (istehsal və göstərilən xidmətlər üzrə) əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə müsabiqənin birinci mərhələsini elan edib.
MDB ölkələri arasında keyfiyyət sahəsində (istehsal və göstərilən xidmətlər üzrə) əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə keçirilən bu müsabiqə haqqında qərar 25 noyabr 2005-ci il tarixdə MDB hökumət başçıları Şurası tərəfindən təsdiq edilib.
Müsabiqədə iştirak etmək istəyən təşkilatlar (fiziki və ya hüquqi şəxslər) müsabiqənin qaydalarına (qaydalar təqdim ediləcək) müvafiq olaraq keyfiyyətlə bağlı sənədlər toplusunu (70 səhifədən çox olmamaq şərtilə) cari ilin 5 dekabrınadək Komitəyə təqdim etməlidirlər.
Müsabiqədə iştirak etmək istəyən təşkilatlar üçün bir neçə tələb də müəyyən edilib. Milli orqan tərəfindən elan edilmiş müsabiqədə iştirak, iki ildən az olmamaq şərti ilə istehsal olunan məhsulun (göstərilən xidmətin) yüksək keyfiyyətliliyinin təsdiq edilmiş olması və istehsal edilən məhsulun (göstərilən xidmətlərin) ikidən az olmamaq şərti ilə MDB-yə üzv dövlətlərə ixrac edilməsi (və ya xidmətlərin göstərilməsi) əsas tələblərdir. Müsabiqədə istehsal təyinatlı məhsulların istehsalı, istehlak məhsullarının istehsalı, ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı və habelə xidmət sahələri ilə məşğul olan təşkilatlar iştirak edə bilərlər. Müsabiqədə iştirak könüllüdür.
Müsabiqənin 1-ci mərhələsinin qalibləri 01.01.2017-ci il tarixinədək xüsusi komissiya tərəfindən müəyyən ediləcək, müvafiq mükafatlarla təltif olunub, respublikanın kütləvi informasiya vasitələrində elan ediləcəklər. Sonra isə 2-ci mərhələdə iştirak üçün onların sənədləri MDB Dövlətlərarası Şuraya təqdim ediləcək. Müsabiqə iki ildən bir keçirilir.

Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |