14.03.2012 [10:47] - Gündəm
Rusiyada məmurların irihəcmli məsrəfləri və onların qanuniliyinin əsaslandırılması haqqında məlumatlar məhdud çıxışlı informasiya sayıla və dövlət sirri kateqoriyasına aid edilə bilər.
Bu barədə “Məmurların xərclərinə nəzarət haqqında” qanun layihəsində bildirilir.
Sənədə əsasən, məmurların xərclərinə nəzarəti indi gəlirlərinə nəzarət edən orqanlar - kadr xidmətləri həyata keçirəcək. Xərclərin bəyan olunması yalnız hökumət üzvləri üçün məcburi olacaq, digər dövlət qulluqçuları isə yalnız hüquq-mühafizə və digər dövlət orqanlarından, həmçinin ictimai təşkilatlar və KİV tərəfindən yazılı sorğu verildiyi halda xərclərini açıqlamalı olacaqlar.
Bununla belə, sorğu müəllifləri məmurların öz xərclərini necə əsaslandırdıqlarını bilməyə bilərlər. Əgər kadr xidmətinin yoxlaması zamanı dövlət məmurunun xərcləri ilə gəlirlərinin üst-üstə düşmədiyi məlum olarsa, toplanmış materiallar baş prokurora və hüquq-mühafizə orqanlarına göndərilə bilər. Onlar isə necə əldə olunması əsaslandırılmayan əmlakın müsadirəsi üçün məhkəməyə müraciət etməlidirlər.
Vəsaitlərin qanunsuz mənşəyə malik olduğu sübut olunarsa, məmurlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. Əks halda, onlara qarşı günahsızlıq prezumpsiyası qüvvədə olacaq. Daşınmaz əmlak, nəqliyyat vasitəsi, səhmlər və digər qiymətli kağızlar əldə olunması üzərində ciddi nəzarət tətbiq olunacaq.
Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, qanun layihəsinə əsasən, məmurlar ailələrinin illik gəlirini 3 dəfə üstələyən hər bir alışa görə pul vəsaitlərinin mənşəyini izah etməli olacaqlar. Bunu bacara bilməyən məmurlar işdən azad olunacaq, aldıqları isə müsadirə olunacaq.

Bu xəbər oxucular tərəfindən 972 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |