17.11.2016 [16:17] - Gündəm, Hüquq
Türkiyə polisi Van şəhərinin meri Bəkir Kayanı saxlayıb.
RİA "Novosti" xəbər verir ki, şəhər icra hakimiyyətinin binasında axtarış aparılır.
Məlumata görə, Bəkir Kaya Türkiyə hakimiyyətinin ölkədə qadağan edilmiş Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqələri olmaqda ittiham etdiyi Demokratik Bölgələr Partiyasının üzvüdür. Daha əvvəl şəhər meri PKK ilə əlaqələrinə görə, azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hakimiyyəti PKK ilə əlaqələrinin olmasına görə, ölkənin cənub-şərqindəki 28 bölgədə yerli administrasiya rəhbərlərinin vəzifədən uzaqlaşdırılması ilə bağlı qərar qəbul edib. Bu qərar 15 iyul dövlət çevrilişi cəhdindən sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyətin bir hissəsi kimi qəbul edilib.

Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |