14.03.2012 [11:08] - Hadisə
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yeni sürüşmə aşkarlanıb. Bunu çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.
Onun sözlərinə görə, bu ərazidə ilk dəfə sürüşmə sahəsi aşkarlanıb. Sürüşmə Masazır qəsəbəsində Duz gölünün qərb tərəfində - yamac hissədədir. Artıq bu ərazidə sürüşmənin aktiv baş verməsi haqqında müvafiq orqanlara məlumat verilib. Bu, yaxınlıqda yerləşən fərdi yaşayış evləri üçün ciddi fəsadlar yarada bilər.
"Sürüşmə hələ ki evlərə fəsadlar törətməyib, amma bu, ola bilər. Çünki orada ərazi qrunt suları vasitəsilə tam islanmış, dolmuş vəziyyətə gəlib", - Niftiyev əlavə edib.
Onun sözlərinə görə, sürüşmə kütləsi artıq yerini dəyişib, sürüşmə baxımından inkişaf baş verir.
"Sürüşmə sahəsindəki dinamika artıq gözlə müşahidə ediləcək səviyyədədir", - Niftiyev bildirib.

Bu xəbər oxucular tərəfindən 1356 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |