Şrift:
Dünya Xəbər Agentliklərinin Konqresinin bəyannaməsi qəbul edilib
17.11.2016 [16:22] - Gündəm, Sosial
Bu gün Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində bəyannamə qəbul edilib.

Bəyannamədə qeyd edilib ki, rəqəmsal erada müstəqil və qərəzsiz xəbərlər verilməli, jurnalistlərin təhlükəsizliyi təmin olunmalıdır.

Bəyanatda vurğulanıb ki, informasiya cəmiyyətində universal dəyərlərə, qanunun aliliyinə, irqi və etnik müxtəlifliyə hörmət media fəaliyyətində başlıca şərtdir: "Hamını plagiatlığa qarşı mübarizəyə səsləyirik. Qərəzli məlumatların qarşısının alınmasında hamının səylərini birləşdirməyə çağırırıq".

Bəyannamədə Konqresin növbəti iclasının 2017-ci ildə Bolqarıstanın Sofiya şəhərində keçiriləcəyi əksini tapıb.
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed