18.11.2016 [10:05] - Xəbərlər, Gündəm, Hadisə
Yaponiya Meteorologiya Agentliyi əməkdaşlarının verdiyi məlumata görə, cari ildə Antarktika üzərindəki ozon dəliyinin ölçüləri əvvəlki illə müqayisədə kiçilib. Bununla yanaşı, onun ölçüləri son on ilin orta göstəricisi ilə təqribən bərabərdir.
Agentliyin rəsmi nümayəndələri süni peyklərdən alınan məlumatlara əsasən bildiriblər ki, cari ilin avqustunda əmələ gələn ozon dəliyi sentyabrın 28-də ən böyük həddə çatıb. Həmin vaxt onun ölçüləri 22 milyon 700 min kvadratkilometr təşkil edib. Bu, Antarktikanın ümumi sahəsindən 1,6 dəfə böyükdür.
Xlorftorokarbon və digər qazların təsiri ilə ozon qatının zəifləməsi nəticəsində yaranan dəlik hər il avqustda meydana gəlir və dekabradək davam edir. Ötən il ozon dəliyinin ölçüləri müşahidələr başlayan vaxtdan dördüncü səviyyədə olub.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |