14.03.2012 [11:30] - Siyasi partiyalar, Fərəc Quliyev
Virtual sorğunun nəticələri açıqlanıb
İki ay müddətində reytinq.info saytı müxtəlif sahələr üzrə ilin adamlarını müəyyənləşdirmək üçün virtual sorğu keçirib. Sorğuda həmçinin “İlin Millət Vəkili” seçimləri də aparılıb. Həmin müddətdə liderlik əsasən dörd millət vəkili arasında gedib. Fevral ayı müddətində isə Fərəc Quliyev səs çoxluğu birinciliyi əldə edərək, liderliyi sorğunun bitməsinə üç gün qalmışa qədər qoruyub saxlayıb. Lakin sorğu keçirilən müddətdə heç ilk əlliliyə belə düşə bilməyən və cəmi altı səs toplayan Elxan Süleymanova on dəqiqə civarında mindən yuxarı səs gəlib. Bu hal barədə saytda qoyulmuş elektron ünvana şikayətlər göndərilib. Cavab məktubunda qeyd olunub ki, sorğu dayandırıldıqdan sonra səslər filtirdən keçiriləcək, saxta səslər pozulub gerçək səslərlə qalib elan olunacaq. Buna baxmayaraq, sayt digər sahələr üzrə bir, Millət Vəkili seçimlərində isə beş namizədin adını açıqlayıb. Amma Fərəc Quliyevin qalib olmasını inkar edə bilməyib.
Beləliklə, saytın məlumatına görə, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev “İlin Millət Vəkili” adına layiq görülüb.
MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 1970 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |