18.11.2016 [10:43] - Gündəm, Hüquq
PKK terror təşkilatını təbliğ etdiyinə görə həbs edilən Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşın ilk məhkəmə iclası keçirilib.
Adana 2-ci Ağır Cəza Məhkəməsindəki iclasda Dəmirtaşı müdafiə etmək üçün bir neçə vəkil iştirak edib.
Məhəkəmədə iştirakı üçün Ədirnə həbsxanası ilə səs və görüntülü əlaqə yaradılsa da, Dəmirtaş bundan imtina edib və ifadəsi ilə bağlı bəyanat yayacağını bildirib.
Bundan sonra Dəmirtaşın vəkillərindən Vedat Özkan müvəkkili ilə görüşüb, bəyanatı alacağını deyib və bununla bağlı məhkəmənin təxirə salınmasını istəyib.
Hakim vəkilin vəsadətini təmin edib və məhkəmənin növbəti iclasını 10 yanvar tarixinə təyin edib.
Qeyd edək ki, məhkəmə zamanı prokuror Dəmirtaşa 5 il həbs cəzasının verilməsini tələb edib.
Mirmahmud KAZIMOĞLU

Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |