18.11.2016 [10:44] - Gündəm, İqtisadiyyat
Səudiyyə Ərəbistanı milli valyuta - riyalın məzənnəsini süni şəkildə dəstəkləməkdən vaz keçə biləcəyini açıqlayıb.
Bu açıqlama ilə Səudiyyə Ərəbistanının şahzadəsi milyarder əl-Valid ibn Təlal "Bloomberg" agentliyinə müsahibəsində bildirib. O, buna səbəb kimi ölkəsinin qarşılaşdığı sosial, siyasi və maliyyə sahələrindəki dəyişiklikləri göstərib.
Əl-Validin sözlərinə görə, ən pis halda riyalın dollarla müqayisədə sabit olan cari məzənnəsinin dəyişməsi 2-3 il ərzində baş verə bilər. Qeyd edək ki, bu ölkənin məmurları neft qiymətlərinin düşməsi fonunda gəlirlərin azalması səbəbindən dəfələrlə sabit məzənnə ilə bağlı spekulyasiyalardan qaçmağa çalışıblar. Ölkənin baş bankiri Əhməd ibn Əbdül Kərim əl-Xalifi isə bildirib ki, S.Ərəbistanı sabit məzənnə siyasətinə sadiq qalmaqda davam edəcək.
Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanında iqtisadi artımın 1,3% təşkil edəcəyi gözlənilir və bu, 2008-2009-ci illərin böhranından sonra ən minimal səviyyə sayılır. Bu ölkədə dolların məzənnəsi isə 1980-ci ildən etibarən 3,75 SAR/USD səviyyəsindədir.

Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |