18.11.2016 [10:47] - Gündəm, Hüquq
on günlərdə gündəmdən düşməyən erməni hüquq müdafiəçisi Vahe Aventyan prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“Facebook” üzərindən prezidentə müraciət edən Avetisyan Azərbaycan Respublikasının vətəndaşı olmaq istədiyini bildirib.
Müraciətdə deyilir:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qardaş Azərbaycan Respublikasının çox hörmətli prezidenti, rəhbərlik etdiyiniz ölkədə isti qarşılandığıma görə sizə təşəkkür edirəm. Səbr, anlayış və müdriklik nümayiş etdirdiyinizə görə sizə minnətdaram. Mən Azərbaycan xalqı ilə dərin mənəvi bağlarımı saxlayıram. Onun bütün dərdlərinə və ağrılarına şərikəm, uğurlarına isə sevinirəm. Ermənilər üçün müqəddəs sayılan yerin, kilsənin, Bibliyanın və digər dəyərlərin ölkənizdə yaxşı qorunduğuna görə, sizə ürəkdən minnətdaram.
Sizdən xahiş edirəm ki, mənə Azərbaycan Respublikasının mənəvi vətəndaşlığını verəsiniz!
Hörmətlə, Vahe Avetyan”

Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |