Şrift:
Rusiya Federasiya Şurasının sədri: “ATƏT, BMT, eyni zamanda Rusiya Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək”
14.03.2012 [14:11] - Güney Azərbaycan xəbərləri, Hərb
“Dağlıq Qarabağ münaqişəsinin həlli sadə proses deyil.
Rusiya münaqişənin həlli ilə bağlı öz vasitəçiliyini müntəzəm olaraq davam etdirir. Münaqişənin nizamlanması ilə məşğul olan ATƏT, BMT, eyni zamanda Rusiya problemin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək. Əsas məsələ münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır”. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bu gün keçirdiyi brifinqdə deyib.
Rusiya-Azərbaycan münasibətləri barədə danışan V. Matviyenko bildirib ki, iki ölkə arasında dostluq əlaqələri var: “Bu əlaqələr həm ikitərəfli, həm də MDB çərçivəsindədir. Müxtəlif sahələrdə mövcud olan əlaqələr bundan sonra da davam edəcək”.
Bu xəbər oxucular tərəfindən 1259 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed