Şrift:
Sosial evlər kimlərə güzəştlə satılacaq? – DETALLAR + VİDEO
18.11.2016 [11:00] - Gündəm, Sosial
Azərbaycanda yeni inşa edilən sosial evlərin satışı ilə bağlı bəzi qaydalar müəyyənləşib. Qaydalara əsasən, polis, müəllim və hərbçilər bazar qiymətindən aşağı qiymətə mənzil sahibi ola biləcəklər. Bununla yanaşı, bu mənzilləri almaq üçün də ilkin ödəniş edilməlidir.
Bundan başqa, elmlər və ya fəlsəfə doktoru adı alanlar, uzun müddət dövlət qulluqçusu olanlar, daxili işlər orqanlarında 3 il xidmət keçib xüsusi rütbəsi olan gənc ailələr də güzəştli şərtlərlə mənzillər əldə edə biləcəklər. Gənc ailə dedikdə isə yaşı 35-dək olanlar nəzərdə tutulur. Bundan başqa, bazar qiymətindən ucuz olacaq sosial evləri digər bütün vətəndaşlar da nəğd pul, ipoteka və digər kreditlər hesabına əldə edəcəklər.
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, mənzillərin qiymətləri və qaydalar üzərində iş davam etdirilir və gəlcəkdə qaydalarda dəyişikliklər ola bilər. Belə mənzilləri almaq üçün müraciət yalnız elektron formada olacaq ki, bunun üçün də güzəştli mənzil portalı yaradılır. Həmin portal hazır olduqdan sonra dəqiq qaydalarada qüvvəyə minəcək.

VİDEONU İZLƏMƏK ÜÇÜN:
TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed