18.11.2016 [13:47] - Gündəm, İqtisadiyyat
Noyabrın sonunda İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin Azərbaycana səfəri nəzərdə tutulur və səfər zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.
Eyni zamanda, bu ilin sonunda ölkəmizdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclasının keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 58 faiz artıb. İlin sonunadək "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 kilometrlik dəmir yolu xəttinin tikintisi başa çatdırılacaq.

Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |