Şrift:
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) ümumi iclası keçirildi
18.11.2016 [14:41] - Gündəm, Sosial
İclası giriş sözü ilə açan MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova ilk öncə MEK-in Kitabxana-Xidmət şöbəsinin Fondların mühafizəsi bölməsinin Nadir kitab fondunun əməkdaşı, əməkdar mədəniyyət işçisi Adilə Məmmədovanın təqaüdə yola salınması ilə bağlı çıxış etdi. Bu barədə daha ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz.

MEK-in direktoru iclasın gündəliyini iştirakçılara bəyan etdi. Gündəliyə uyğun olaraq, MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova, Rəqəmsallaşdırma bölməsinin rəhbəri Elmar Quliyev və Milli Rəqəmsal Yaddaş şöbəsinin baş mütəxəssisi Günel Əhədova Belarus Milli Kitabxanasındakı ezamiyyət və təcrübə mübadiləsi barədə slaydlı hesabat təqdim etdilər.

Daha sonra direktor Leyla İmanova Özbəkistan Respublikasına Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan Elmlər Akademiyalarının Elmi Kitabxanaları Assosiasiyasının yaradılması məqsədilə etdiyi səfər haqqında hesabatla çıxış etdi.

İclas təşkilati məsələlərin müzakirəsi ilə davam etdi. Daxili resurslar hesabına MEK-in strukturunda islahatların aparılmasının vacibliyi vurğulandı. Kitabxana-Xidmət şöbəsinin İstifadəçilərə xidmət və Oxu zallarına nəzarət bölmələrinin birləşdirilməsi məsələləri müzakirə edildi. İstifadəçilərə xidmət və oxu zallarına nəzarət işinin təkmilləşdirilməsi, effektiv əlaqələndirilməsi və müasir elektron səviyyəyə qaldrılması məqsədilə, MEK Kitabxana-Xidmət şöbəsinin İstifadəçilərə xidmət və Oxu zallarına nəzarət bölmələrinin “İstifadəçilərə xidmət və nəzarət” bölməsi adı altında birləşdirilməsi qərarı verildi. Daha sonra “Qədim kitabların və nadir nüsxələrin Bərpa mərkəzi” və “Rəqəmsallaşdırma mərkəzi”nin yaradılması məsələləri müzakirə edildi. AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarında 14000 nadir nüsxə, 80000 Şərq ədəbiyyatı nümunələri, Azərbaycan Respublikasındakı 17 ən qədim kitab abidələrinin olmasını, bu mənbələrin əsaslı şəkildə bərpa və konservasiyaya ehtiyacının olmasını, eləcə də kitabxana xidmətlərinin elektron formata keçməsini, rəqəmsallaşdırma işlərinin sürətlə və iri həcmdə aparılmasını nəzərə alaraq, Mərkəzi Elmi Kitabxanada “Qədim kitabların və nadir nüsxələrin Bərpa mərkəzi” və “Rəqəmsallaşdırma mərkəzi” şöbələrinin yaradılması qərarı verildi.


MULTİKULTURALİZMLƏ BAĞLI KEÇİRİLƏN TƏDBİRDƏ MEK FONDLARINDAKI İNCİLƏRDƏN BƏHS EDİLİB

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Multikulturalizm və kitab” mövzusunda tədbir keçirilib. Bilik Fondunun və Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkil etdiyi tədbir 16 noyabr Beynəlxalq Tolerantlıq gününə həsr edilib.

Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı Sevil Əliyeva, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Sücayət Piriyeva, ”Ronahi” Kürd Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Paşayev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə şöbəsinin müdir müavini Ruslan Əsgərov, baş məsləhətçi Güney Namazova, Bakı şəhərində yerləşən kitabxanaların rəhbərləri və nümayəndələri iştirak ediblər.

Mərasimi Fondun icraçı direktoru Oktay Səmədov hamını Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə təbrik edib. Tolerntlığın Azərbaycan modelindən söz açan icraçı direktor Beynəlxalq Tolerantlıq Günü münasibətlə Bilik Fondunun ölkə ərazisində həyata keçirdiyi tədbirlərdən danışıb. Xətai rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin baş kitabxanaçısı Gülzadə Quliyeva “Kitabxanalar və Multikulturalizm” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Fondların formalaşdırılması bölməsinin əməkdaşı Sevil Əliyeva çıxış edib. O, çıxışında 2016-cı ilin multikulturalizm ili elan olunması ilə əlaqədar kitabxananın da bu istiqamətdə fəaliyyətlər həyata keçirdiyini qeyd edib. S.Əliyeva MEK-in Qərbi Avropa ədəbiyyatı fondunda saxlanılan ədəbiyyat incilərinin, latın dilində olan ən qədim kitabların, Belyayevin, Bertelsin, Paxomovun, Hazainin və s. alimlərin şəxsi kitab kolleksiyalarının təqdimatının keçirildiyini bildirib. MEK təmsilçisi bu abidələrinin qorunması, mühafizə edilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə rəqəmsallaşdırılaraq istifadə üçün elektron resurslara daxil edildiyini bildirib. S.Əliyeva MEK-də müxtəlif mədəniyyətlərə, dinlərə aid sənədlərin mühafizə olunmasından da bəhs edib. Çıxışçı həmçinin MEK-də kitaba olan rəğbəti təbliğ etmək məqsədilə hər ay ən fəal oxuculara kitabxananın mübadilə fondundan kitablar bağışlandığını vurğuladı. Sonda S.Əliyeva MEK-in elektron kataloqu, abunə olduğu xarici elektron resurslar, beynəlxalq kitab mübadiləsi, kitabxananın üç dildə fəaliyyət göstərən saytı, sosial şəbəkələrdəki ünvanı, beynəlxalq əlaqələri və s. barədə verilən sualları ətraflı şəkildə cavablandırıb.


1851-ci İLDƏ NƏŞR OLUNMUŞ “DƏRBƏNDNAMƏ” KİTABI MƏRKƏZİ ELMİ KİTABXANADA MÜHAFİZƏ OLUNUR

AMEA Mərkəzi Elmi Kitabxanasının Nadir fondunda Məhəmməd Əvabinin məşhur "Dərbəndnamə" əsəri mühafizə olunur. Əsər Dərbənd və Şirvanın XVII əsr tarixindən bəhs edir.

1851-ci ildə nəşr olunmuş əsərin ingilis dilinə tərcüməsinin müəllifi Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü, rus şərqşünası, tarixçi və filoloq Mirzə Kazımbəydir. Qeyd edək ki, Mirzə Kazımbəy “Dərbəndnamə” kitabının tərcüməsinə görə Demidov mükafatına layiq görülüb.

Məlumat üçün bildirək ki, Nadir kitab fondunda 14754 kitab saxlanılır.


İctimaiyyətlə əlaqələr bölməsi

(012) 537-19-82
info@mek.az
Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed