18.11.2016 [15:51] - Gündəm, Hüquq
"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) sabiq baş mühasibi Anar Mustafayevin istintaqa verdiyi ifadəsi məlum olub.
Birliyin keçmiş baş mühasibi təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, 2005-ci ilin aprel ayında BTRİB-in baş mühasibi vəzifəsinə təyin olunduğunu, 2015-ci ilin oktyabr ayına kimi olan dövrdə həmin vəzifədə işlədiyini deyib.
A.Mustafayev müqavilələr üzrə işlərin görülməsinə nəzarət edib, görülən işlərə görə isə BTRİB-in rəhbərliyinin şifahi göstərişlərinə əsasən qovşaqlar tərəfindən həmin təşkilatalara ödənişlər aparıldığını söyləyib. A.Mustafayevin sözlərinə görə, qovşaqların gəliri əhaliyə göstərilən telefon xidməti, abunə haqqı, internet xidməti, telefon çəkilişi, servis xidmətləri hesabına formalaşır.
O, birliyin mühasibat uçotu işini təşkil edib və qovşaqlarda görülən işlərə görə özəl təşkilatlara ödəniş aparılması barədə müvafiq göstərişlər verib. Qovşaqlar üzrə işləri əsasən “Bakı Rabitə Tikinti Təchizat” MMC, “Təmir Tikinti Servis” MMC, eyni zamanda “Rabitə Mülki Tikinti” MMC və “3 nömrəli Təmir Tikinti” MMC-lər icra edib. Həmin özəl təşkilatların hər birinin rəhbəri, yəni Bayram Vəliyev və Emin Məmmədov BTRİB-in baş direktoru Beytulla Hüseynovla yaxın münasibətdə olub.
Hətta “Bakı Rabitə Tikinti Təchizat“ MMC-nin əvvəlki təsisçisi B.Hüseynovun arvadı olub, sonradan isə həmin müəssisə B.Vəliyevin adına sənədləşdirilib. Bu müəssisə isə faktiki olaraq B.Hüseynovun özünə məxsus olub.
Bundan əlavə A.Mustafayev göstərib ki, görülən işlərə və alınan mal-materiallara görə pul vəsaitləri əsasən yuxarıda adlarını qeyd etdiyi özəl cəmiyyətlərə köçürüb.
O bildirib ki, müəssisə rəhbərlərini əvvəllər ayda 2-3 dəfə qəbul edib, onlardan həmin pulu alıb, sonradan isə digər əməkdaşların şübhələnməməsi üçün onları ayda bir dəfə görüşə çağırıb, verdikləri pulu qəbul edib. A.Mustafayevin söylədiyinə görə, əvvəlki dövrlərdə hər ay B.Hüseynova verdiyi pul vəsaitinin miqdarını dəqiq xatırlamır, lakin 2015-ci ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi olan dövrdə isə hər ay B.Hüseynova 270 min-310 min manat mələğində pul verib. O, qeyd edib ki, eşitdiyinə görə B.Hüseynov hər ay nazirliyin yüksək vəzifəli şəxslərinə pul verib.
B.Hüseynov hər ay qeyri-qanuni yolla əldə olunan puldan 2005-2007-ci illər ərzində A.Mustafayevə 2500 manat, sonrakı illərdə isə 4 min-7 min manat pul verib.
Qeyd edək ki, A.Mustafayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |