Şrift:
Türkiyədə dolların məzənnəsi yeni rekord həddə çatıb
18.11.2016 [15:54] - Gündəm, İqtisadiyyat
Türkiyədə ABŞ dollarının məzənnəsi 3,40 lirə həddini keçərək tarixi maksimal səviyyəyə çatıb. Buna səbəb dünən, noyabrın 17-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Cannet Yellenin Senat və Konqresdəki açıqlamaları olub. Belə ki, FES rəhbəri açıqlamalarında dekabrın 13-14-də keçiriləcək növbəti iclasda uçot dərəcəsinin artırılma ehtimallarının çox yüksək olduğunu qeyd edib. Həmçinin, Yellen ABŞ iqtisadiyyatının möhkəm, sağlam və təhlükəsiz olduğunu vurğulayıb. Açıqlamalardan sonra dünyanın əksər valyutaları ilə müqayisədə dolların məzənnəsi möhkəmlənib. Əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsi 1,0590, TRY/USD - 3,38, RUB/USD - 65, CNY/USD məzənnəsi isə 6,89-a yüksəlib.
"Report"un analitik qrupu xarici borclara çox bağlı olan Türkiyə iqtisadiyyatı fonunda bu ölkədə dolların məzənnəsinin daha da çox yüksəlmək potensialı olduğunu bildirir: "İlin sonuna qədər isə Türkiyədə dolların məzənnəsinin 3,45 TRY/USD-yə qədər artması ehtimalı var".
Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed