Şrift:
Qırğızıstanda zəlzələ olub
19.11.2016 [12:08] - Gündəm, Hadisə
Qırğızıstanın Narın əyalətində 4,0 bal gücündə zəlzələ baş verib.

“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, yeraltı təkanların episentri Narın şəhərindən 50 km cənub-şərqdə yerləşib.

Məlumata əsasən, zəlzələ vilayətin inzibati mərkəzi daxil olmaqla bir sıra yaşayış məntəqələrində hiss olunub. İlkin məlumata görə, dağıntı və zərərçəkən yoxdur.
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed