Şrift:
OPEK-dən İrana yeni təklif: Hasilatı məhdudlaşdırın
19.11.2016 [12:34] - Gündəm, İqtisadiyyat
OPEK üzv ölkələr İrana yeni təklif göndərib. İrana neft hasilatını sutkada 3,92 milyon barrel həcmində məhdudlaşdırmaq tövsiyyə edilir. OPEK-in bir sıra üzv ölkələrinin nazirlərinin görüşü zamanı səsləndirilən bu təklifə isə İran tərəfinin münasibəti məlum deyil. Həmin iclasda İranın neft naziri iştirak etməyib.
Qeyd edək ki, daha əvvəl İran neft nazirinin müavini ölkənin neft hasilatını 2020-ci ilədək sutkada 5,7 milyon barrel həcminədək artırmağı planlaşdırdığını bəyan etmişdi.
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed