Şrift:
“Total”ın baş icraçı direktoru Patrik Puyanne ilk dəfə Azərbaycana gələcək
19.11.2016 [12:37] - Gündəm, İqtisadiyyat
Fransanın neft-qaz nəhəngi “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilk dəfə Azərbaycana gələcək.

P.Puyanne “Total” şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunan təntənəli tədbirdə iştirak edəcək.

Qeyd edək ki, dünyanın yeddi supermajor neft şirkətindən biri olan “Total” şirkətinin əsası 1924-cü ildə “Fransız neft şirkəti” adı altında qoyulub. 130-dan çox ölkədə fəaliyyət göstərən “Total” bu il Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edir.

“Total” şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərini (BTC) idarə edən konsorsiumda 5 faizlik iştirak payına malikdir. Şirkət həmçinin gələn ilin ortalarında Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağında ilk quyunu qazmağa hazırlaşır.
Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed