Şrift:
Azərbaycan idmançıları pankration üzrə dünya çempionatında 4 qızıl medal qazanıblar
21.11.2016 [10:59] - Xəbərlər, İdman
İtaliyanın Eboli şəhərində keçirilən pankration üzrə dünya çempionatında Azərbaycan idmançıları 4-ü qızıl və 1-i gümüş olmaqla ümumilikdə beş medal qazanıblar.

Azərbaycan Pankration, Qrappling və MMA Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “Neftçi İdman Klubu”nun yetirmələrindən Pərviz Qasımov (53 kq), Ömər Mutayev (78 kq), Amil Məhərrəmli (85 kq), Seymur Quliyev (93 kq) qızıl, Xəyalə Əsgərova (57 kq) isə gümüş medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatında 43 ölkənin idmançıları iştirak edib.
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed