Şrift:
İstanbul derbisini “Fənərbağça” qazanıb
21.11.2016 [11:00] - Gündəm, İdman
Noyabrın 20-də futbol üzrə Türkiyə Super Liqasının XI turunda İstanbul derbisi baş tutub.

İstanbulun “Şükrü Saracoğlu” stadionunda “Fənərbağça” və “Qalatasaray” klubları qarşılaşıb. Matç 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. “Sarı bülbüllər”in hər iki qoluna hollandiyalı hücumçu Robin Van Persi imza atıb.

Beləliklə, bu qələbədən sonra “Fənərbağça” xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində əzəli rəqibi “Qalatasaray”ı geridə qoyub.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed