Şrift:
Dünya Bankı Azərbaycanı biznes üçün ən yaxşı ölkələr siyahısına daxil edib
21.11.2016 [11:07] - Gündəm, İqtisadiyyat
Dünya Bankı biznesin qeydiyyatdan keçirilməsinin sadə olmasını, kreditlərin əlverişliliyini və digər bir sıra amilləri nəzərə alaraq sahibkarlıq üçün planetin ən yaxşı və pis ölkələrinin reytinq siyahısını tərtib edib.
Bu barədə “Business Insider”in məlumatında bildirilir.
“Business Insider” portalı biznesə başlamaq və onu inkişaf etdirməyin çox asan olduğu 17 ölkədən ibarət siyahını dərc edib. Sorğuda 139 ölkədən 130 min şirkət iştirak edib.
Məlumatda bildirilir ki, “0”dan başlayaraq biznes qurmaq həmişə çətin olub, lakin dünyada elə yerlər və ölkələr var ki, orada şirkət yaratmaq digərləri ilə müqayisədə asandır:
“Azərbaycanda şirkətin qurulması zamanı sizin, çox güman ki, onu kommunal şəbəkələrə qoşmaqla bağlı probleminiz yaranmayacaq”.
Siyahıya, həmçinin Belçika, Böyük Britaniya, İsveç, Estoniya, Kosovo, Yamayka, Cənubi Koreya, İrlandiya, Ermənistan, Gürcüstan, Avstraliya, Sinqapur, Makedoniya, Honkonq (Çin), Kanada və Yeni Zelandiya daxildir.
Bu xəbər oxucular tərəfindən 580 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed