22.11.2016 [10:29] - Gündəm, İdman
2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verən daha 12 idmançının cəzası açıqlanıb.
Beynəlxalq Olimpiya Komitəsinin (İOC) diskvalifikasiyaya məruz qoyduğu atletlər arasında Azərbaycan ağırlıqqaldırma yığmasının sabiq üzvü Kristina Yovu (53 kq) da var.
"London-2012"də Moldovanı təmsil etmiş Yovunun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (turinabol) aşkarlanıb. Nəticədə o, bürünc medaldan məhrum edilib. Moldovalı idmançı məhz həmin olimpiadadan sonra Azərbaycanı təmsil etməyə başlasa da, 2013-cü il iyunun 19-da dopinq-testi nəticəsində orqanizmindən oksandrolon izləri tapıldığı üçün 2 il müddətinə cəzalanıb.
"London-2012"də dopinq-testlərinin təkrar müayinəsi müsbət nəticə verən Azərbaycan ağırlıqqaldıranları Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) cəzaları isə açıqlanmayıb. Hərçənd, İOC-un cəzalandırdığı 12 idmançıdan Kristina Yovu ilə yanaşı, rusiyalı Aleksandr İvanov (94 kq, 2-ci yer), Andrey Demanov (94 kq, 4-cü yer), Natalya Zabolotnaya (75 kq, 2-ci yer), moldovalı Anatoli Kiriku (94 kq, 3-cü yer), qazaxıstanlı Almas Uteşov (94 kq, 7-ci yer), gürcüstanlı Raul Tsirekidze (85 kq, 9-cu yer), belaruslu İrina Kuleşa (75 kq, 3-cü yer) və ermənistanlı Ripsime Xurşudyan (+75 kq, 3-cü yer) da ağırlıqqaldırandır.
London olimpiadasında 6-cı yeri tutmuş Zairov özündən əvvəlki 3 idmançı - İvanov, Kiriku və Demanovun cəzalanmasından sonra 3-cü pilləyə qalxıb. O, hazırda qazaxıstanlı İlya İlyin və iranlı Səid Məhəmmədpur Karkaraqdan geri qalıb. Amma bir müddət öncə İlyinin də "London-2012"dəki dopinq-testinin təkrar analizinin müsbət nəticə verdiyi, orqanizmindən dehidrometiltestosteron və stanozolol tapıldığı açıqlanıb. Həm qazaxıstanlı olimpiya çempionu, həm də azərbaycanlı ağırlıqqaldıranın cəzalarının yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, İntiqam Zairov 2013-cü il aprelin 13-də orqanizmindən dehidrometiltestosteron tapıldığı üçün 2 il, 2015-ci il dekabrın 21-də isə dehidrometiltestosteron və nandrolondan yararlandığı üçün 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Onun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı dopinq-testinin təkrar analizi nəticəsində də dehidrometiltestosterondan istifadə etdiyi müəyyənləşib. Boyanka Kostovadan isə "London-2012"dəki topinq-testinin təkrar analizi nəticəsində dehidrometiltestosteron və stanozolol tapılıb. Kostova həmin olimpiadada 4-cü yeri tutub.

Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |