15.03.2012 [15:05] - Sağlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı verilən məlumata görə, martın 16-17-də Abşeron yarımadasında güclü Xəzri küləyi fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Martın 16-da Bakı və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Mülayim şimal küləyi axşam arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı proqnozlaşdırılır. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 1-4, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı gözlənilir.

Bu xəbər oxucular tərəfindən 1206 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |