22.11.2016 [14:36] - Gündəm, İqtisadiyyat
Məzənnənin sabitliyi uğurlu iqtisadi siyasətin göstəricisi ola bilməz. Çünki məzənnə iqtisadiyatda baş verən proseslərə, şoklara adekvat reaksiya verməlidir". Bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib.
H.Timmer ümumiyyətlə, məzənnənin sabitləşdirilməsi siyasətinin yürüdülməsinin doğru olmadığını deyib: "Hazırda Azərbaycanda 3%-lik iqtisadi geriləmə var. İnfliyasiya ikirəqəmli səviyyədədir. Növbəti iki ildə də bu, 3% səviyyəsində olacaq. Bu o deməkdir ki, qarşıdakı 3 ildə 0 iqtisadi artım olacaq".
DB rəsmisi qeyd edib ki, Azərbaycanda iqtisadi resessiya mövcuddur: "Biz Azərbaycanda pul siyasətinə baxmağı tövsiyyə edirik. Həmçinin, maliyyə sektoru sabitləşdirilməlidir. Neftin qiymətində olan azalma bank sektoruna mənfi təsir edir. Bankların restrukturizasiyasına ehtiyac var. Problemli kreditlər artıb. Orta və uzunmüddətli tədbirlər görülməlidir".
***
"Qarşıdakı 3 ildə ehtiyaclı insanlara sosial yardımlar ayrılmalıdır", - deyən H.Timmerin sözlərinə görə, bu yardımlar həmin qrup insanların son illər baş verən proseslərdən az əziyyət çəkməsi üçün edilməlidir.
"Azərbaycanda rəqabətlilik mühiti əhəmiyyətli dərəcədə geriləyib. Məhz rəqabət qabiliyyətinin artırılmasına ehtiyac var", - deyə DB eksperti vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |