Şrift:
AFFA danışılmış oyunlarda şübhəli bilinən 24 nəfəri futboldan kənarlaşdırıb
23.11.2016 [10:38] - Gündəm, İdman
Noyabrın 22-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yığıncaqda UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlara hüquqi qiymət verilib.

Məsələ AFFA və Peşəkar Futbol Liqası tərəfindən ciddi şəkildə araşdırılır. Komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən 22 futbolçu, 1 klub rəsmisi və 1 hakim araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq ediləcək.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed