Şrift:
Ermənistan Eurovision-dan yox, Qarabağdan çəkilməlidir - Türkiyə naziri
16.03.2012 [10:29] - Gündəm, Siyasət
Ermənistan Eurovision-dan yox, Qarabağdan çəkilməlidir. Bunu cümə axşamı Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Baxış deyib.
"Məncə onların bu qərarı bir dəfə də nəzərdən keçirmələrində bir fayda var", - Baxış Türkiyənin müsabiqədəki təmsilçisi Can Bonomo ilə görüşü zamanı deyib.
Martın 7-də Ermənistan Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində iştirakdan rəsmən imtina edib. Bununla müsabiqədə iştirak edəcək ölkələrin sayı 42 təşkil edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
Xatırladaq ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 1455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed