Şrift:
“İnternetdə uşaqların hüquqları” mövzusunda təlim keçirilib
23.11.2016 [16:10] - Gündəm, Hüquq
Noyabrın 23-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Hökumət Təlim-Tədris Mərkəzində ümumtəhsil məktəblərinin şagirdləri üçün “İnternetdə uşaqların hüquqları” mövzusunda təlim keçirilib.
Videokonfrans şəklində təşkil edilən təlimdə paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Şirvan şəhərlərinin, Bərdə, Qazax, Lənkəran rayonlarının də şagirdləri iştirak ediblər.

Təlimdən əvvəl nazirliyin nümayəndəsi Kamal Məmmədov şagirdlərə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsi, bu mühüm sənədin müddəaları barədə məlumat verib.

Sonra təlimçi Ləman Hüseynzadə “İnternetdə uşaqların hüquqları” mövzusunda təqdimatla çıxış edib.
Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed