16.03.2012 [11:48] - Güney Azərbaycan xəbərləri
İran Azərbaycana qarşı təxribatçılıq fəaliyyətini genişləndirir
İranın Fars molla rejiminin Azərbaycana qarşı çirkin əməllərində istifadə etməyə çalışdığı daha bir casus şəbəkəsi ifşa olundu. Xatırladaq ki,2012-ci il martın 14-də Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata əsasən son günlərdə MTN-nin keçirdiyi əməliyyat nəticəsində İran İslam İnqilabı Mühafizəçiləri Korpusu - "Sepah"la əməkdaşlıq edən 22 nəfərlik dəstə üzvü yaxalanıb. Onlar Azərbaycanın suverenlik və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli olduqlarını etifar ediblər.
Tutulan 22 nəfərin yaşadığı ərazilərdən həm də külli miqdarda silah-sursat da tapılaraq zərərsizləşdirilib. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, daşıma) maddələrilə cinayət işi açılıb. İranın xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edən daha bir dəstə isə yanvar ayında MTN tərəfindən zərərsizləşdirilmişdi. Həmin vaxtı ölkəmizdəki xarici diplomatları məhv etməyə yönəldilən üç nəfərlik dəstə yaxalandı. Bütün bunlar ondan xəbər verir ki, İran Azərbaycana qarşı təxribatlarından əl çəkmək əvəzinə, onu daha da genişləndirib. Bir tərəfdən Tehran rəsmiləri Bakıdan olan qonaqların qarşısında Azərbaycanla münasibətlərin yaxşı olduğundan dəm vurur. Digər tərəfdən isə Tehran hər bir zaman çalışıb ki, Azərbaycanı zəif salsın. Bu məqsədlə də ölkəmizdə casus şəbəkəsinin formalaşmasına xüsusi diqqət yetirir.
Məsələ ilə bağlı Milli Dirçəliş Partiyası Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli bildirdi ki, casus qalmaqalı ilə bağlı yaranmış son hadisə İranın Azərbaycanın güclənməsindən narahat olmasının göstəricisidir: "İran hər fürsətdən istifadə etməklə çalışır ki, Azərbaycana qarşı hər hansısa bir təxribata yol versin. Bir neçə gün öncə Azərbaycan müdafiə nazirinin Tehranda qarşılanması mərasimində Azərbaycan bayrağı İran tərəfindən qəsdən yenədə tərsinə asılmışdı. Həmin müddətdə Təbrizin Miyanə məscidində də İranın başqa bölgələrində anti Azərbaycan mərasimləri keçirilərək ölkəmiz əleyhinə ciddi təhqirlərə yol verildi. Müdafiə nazirinin səfərinin ardınca İran mətbuatında özəliklə Sepahe Pasdarane Enqlabe Eslaminin(İnqilab Keşikçiləri Korpusunun)keçmiş rəisi Genral Mösün Rzayinin tabeliyində olan Tabnak adlı saytında yenədə anti Azərbaycan yazıları geniş surətdə yayılmağa başladı.Həmin ərəfədə ölkəmizdə ciddi təxribatlar törətməyə hazırlaşan onların geniş bir şəbəkəsi ifşa olundu. Səfər Əbiyevin səfəri çərçivəsində İranda ölkəmizə dost münasibətin formalaşdığı bəyan edilir, digər tərəfdən isə ölkəmizdə terrorçu, təxribatçı şəbəkə yaradırlar. Bütün bunlarsa İran hakimiyyətinin ölkəmizə qarşı sərgilədiyi münasibətinin heç də sözlə əməldə bir-birini tamamlamadığını göstərir. Həmçinin bunlar ondan xəbər verir ki, Tehran rejimi dayanmadan Azərbaycana qarşı geniş şəbəkəli ciddi təxribatlarla məşğuldur. 22 nəfər İran casusunun saxlanılması faktı da onların Azərbaycan daxilində hakimiyyət əleyhinə geniş şəbəkələrinin fəaliyyət göstərdiyini bəlli etdi. Çox güman ki, onlar din pərdəsi altında gizlənərək İranın İslam İnqilabı Mühafizəçiləri Korpusu -"Sepah"ın xəyanətkar şəbəkəsinə qoşularaq ölkəmizdə xaos yaratmağı düşünüblər. Proses onu göstərir ki, İran bölgəmizdə sabitliyin olmasından, Azərbaycanın inkişaf etməsindən əndişəyə düşüb. Onların Azərbaycan adlı dövləti görməyə gözləri yoxdur. Ona görə də hər bir vasitəyə əl atmaqla Azərbaycanda bir xaos, qarşıdurma və hərc-mərclik yaratmağa çalışır. Belə təxribatların qarşısını almaq üçün Azərbaycan dövləti və xalqı ayıq-sayıq olmalıdır ki, düşmənlərimizin pis niyyətləri baş tutmasın. 22 nəfərlik xəyanətkar şəbəkənin ifşa edilməsi onu göstərir ki, bu sahədə Azərbaycanın təhlükəsizlik qurumlarına etibar etmək olar lakin mən hesab edirəm ki ölkənin milli təhlükəsizliyini qorumaq üçün bütün xalqımız səfərbər olmalı, daxil və xarici düşmənlrin təxribatlarının öncədən qarşısını almaq üçün vətəndaşlarda milli təhlükəsizlik orqanlarına yardım etməlidir. Eyni zamanda əhalini özəliklə gənclərimizi terror şəbəkələrinin təsirinə və toruna düşməmək üçün kütləvi informasiya vasitəlrində,məktəb və universitetlərdə geniş şəkildə maariflənirmək lazimdir.

Bu xəbər oxucular tərəfindən 1602 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |