Şrift:
2017-ci ildə Azərbaycanda yaşayış minimumu təxminən 14 faiz artacaq
23.11.2016 [16:16] - Gündəm, Sosial
2017-ci ildə Azərbaycanda yaşayış minimumu 155 manat həcmində proqnozlaşdırılır. Bu, ötənilki göstəricidən 13,97 faiz çoxdur.

Bu Milli Məclisə təqdim olunmuş “Azərbaycanda 2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yer alıb.

Qann layihəsində qeyd olunur ki, gələn il üçün əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 164,50 manat, təqaüdçülər üçün 130,2, uşaqlar üçün 136,6 manat təşkil edəcək.

Qeyd edək ki, 2016-cı il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 136 manat, təqaüdçülər üçün 115, uşaqlar üçün 118 manat təşkil edib.
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed