Şrift:
“The New York Times” qəzeti “Əli və Nino” filmindən yazıb
24.11.2016 [10:13] - Gündəm, Mədəniyyət
“The New York Times” qəzeti Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda çəkilmiş “Əli və Nino” filminin xülasəsini dərc edib. Qəzetin redaktoru Ken Yavorovskinin materialında Azərbaycan yazıçısı Qurban Səidin 1937-ci ildə çap olunmuş dünya şöhrətli romanı əsasında yazılan ssenarinin detallarından danışılır. Tənqidçi bildirir ki, Əli və Nino rollarında çəkilmiş Adam Bakri və Mariya Valverdenin oyunu, eləcə də dağların və səhraların təsvir olunduğu möhtəşəm kadrlardan tutmuş dəbdəbəli evlərin interyerlərinə qədər filmin bütün məziyyətləri çox gözəldir. Müəllif Asif Kapadianın rejissorluq fəaliyyətinə toxunaraq yazır ki, filmin hər bir hissəsi, o cümlədən məhəbbət, müharibə və təqib səhnələri ekspressiya ilə doludur.

Yusif Babanlı
Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed