Şrift:
Baş katib: “Türkiyə NATO-nun birliyini zəiflədəcək heç bir addım atmaz”
24.11.2016 [10:18] - Gündəm, İqtisadiyyat
“Mən qəti əminəm ki, Türkiyə ortaq müdafiə anlayışını və NATO-nun birliyini zəiflədəcək heç bir addım atmaz”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində bildirib.
Siyasi müşahidəçilər hesab edirlər ki, Y.Stoltenberq müsahibəsində səsləndirdiyi fikirlərlə diplomatik yolla Türkiyəyə xəbərdarlıq edib. O, NATO üzvlərinin hücuma məruz qalacaqları halda ortaq müdafiə sistemini yaradan sənədin 5-ci maddəsini xatırladıb: ”Türkiyə alyansdan ayrılacağı halda müştərək müdafiədən məhrum olacaq”.
Xatırladaq ki, 5-ci maddənin mahiyyəti onun girişində verilib: “Tərəflər razılığa gəlirlər ki, Avropada və ya Şimali Amerikada onların bir və ya bir neçəsinə qarşı silahlı hücum, onların hər birinə qarşı hücum hesab ediləcək”.
NATO-nun bu qarşılıqlı müdafiə öhdəliyi heç vaxt sınaqdan keçirilməyib. 5-ci maddə yalnız bir dəfə - 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda terror aktlarından sonra tətbiq edilib. Bu da ABŞ-ın NATO-dakı müttəfiqlərinin həmrəylik jesti kimi qiymətləndirilir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatında “Böyük 5”liyin (Türkiyə, Rusiya, Çin, Hindistan və Pakistan) yaradılmasının mümkünlüyünü bildirmişdi. Rusiya və Çin rəsmiləri R.T.Ərdoğanın bu fikirlərini dəstəkləyən açıqlamalar veriblər.
Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed