Şrift:
Adana Valiliyinin binası qarşısında partlayış olub, 2 nəfər ölüb, 17 nəfər yaralanıb - YENİLƏNİB
24.11.2016 [10:22] - Xəbərlər, Hadisə
Türkiyənin Adana şəhər Valiliyi binasının qarşısında törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.
Bunu Mahmut Demirtaş bildirib.
Onun sözlərinə görə, ölən iki nəfər dövlət məmurudur.
Adana valisi deyib ki, partlayış Türkiyə vaxtı ilə saat 08.05-də törədilib: “Partlayışı bir qadının törətdiyi ehtimal edilir”.
*** 09:29
Türkiyənin Adana şəhəri Valiliyinin binası qarşısında partlayış olub.
“Report” "Haber-7"yə istinadən xəbər verir ki, partlayış avtoparkda baş verib.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını və polis əməkdaşı cəlb edilib.
Məlumata görə, partlayış nəticəsində 1-i ağır olmaqla 5 nəfər yaralanıb və avtomobil dayanacağındakı çoxlu sayda maşın yanıb.
İlkin ehtimala əsasən, partlayış avtomobilə yerləşdirilən bombanın partladılması nəticəsində törədilib.
Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik “Twitter” səhifəsində yazıb ki, partlayış nəticəsində çoxlu sayda insan yaralanıb.
Fotolar "Hürriyet"indir.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed