Şrift:
Azərbaycanda əfv sərəncamının icrası başa çatıb
16.03.2012 [15:44] - Gündəm
Prezident İlham Əliyev tərəfindən martın 15-də imzalanan əfv sərəncamının icrası başa çatıb.
Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən məlumat verilib.
Qeyd edək ki, əfv sərəncamı ümumilikdə 62 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ümumilikdə 55 nəfər cəzanın çəkilməmiş hissəsindən, 6 nəfər, cərimə cəzasından, 1 nəfər isə islah işlərindən azad edilib.
Əfv olunanlardan üçü Gürcüstan vətəndaşıdır.
Əfv edilənlərin 60-ı kişi, 2-si qadındır.
Əfv olunanların sırasında AXCP-nin iki üzvü də var. Bunlar Ruslan Bəşirov və Elnur İsrəfilovdur. Hər iki şəxs əfv olunması üçün Azərbaycan prezidentinə müraciət edib.
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed