Şrift:
Sahibkarlığa Kömək Milli Fondu investisiya layihələrinin qəbuluna başlayır
24.11.2016 [16:06] - Gündəm, İqtisadiyyat
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Göyçay rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu Göyçay rayonunun Ləkçıplaq kəndində işgüzar forum keçirib.

Sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed