24.11.2016 [16:08] - Gündəm, İqtisadiyyat
Noyabrın 24-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, qarşılıqlı səmimi və dostluq şəraitində keçən görüşdə QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin mövcud icra vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib. Bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizellə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər.
Sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri E.Özoral çıxış edərək bildirib ki, bağlantının Türkiyə hissəsində tikinti işləri sürətləndirilib. Bir çox tamamlama işləri, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri tez bir zamanda başa çatdırılacaq.
Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |