16.03.2012 [16:32] - Gündəm, Siyasət
Bəzi deputatlar Almaniya xarici işlər nazirinin Azərbaycanda bir sıra müxalifət təmsilçiləri və QHT nümayəndələri ilə gizlin və ictimaiyyətə qapalı görüşməsini tənqid edib
YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Almaniyanın xarici işlər naziri Geido Vestervellenin Azərbaycanda səfərdə olarkən bəzi müxalifət və QHT nümayəndələri ilə görüşməzinə etiraz bildirib. APA-nın məlumatına görə, Milli Məclisin bugünkü iclasında çıxış edən M. Qurbanlı Almaniya XİN başçısının ümumilikdə belə görüşlərin əleyhinə olmasa da, onun qapalı keçirilməsinə qarşı çıxdığını deyib: “İstənilən qonaq, o cümlədən Almaniyanın xarici işlər naziri Bakıda istənilən siyasi partiya rəhbəri və QHT təmsilçisi ilə görüşə bilər. Lakin bu görüşün bağlı qapılar arxasında keçməsi düzgün deyil. Mən bunu Azərbaycanın iç işlərinə qarışmaq hesab edirəm”.
Almaniya XİN başçısının müxalifət təmsilçiləri ilə görüşünü deputat Zahid Oruc da tənqid edib. “Həmin partiyaların liderləri onsuz da “çörəklərini səfirliklərdə yeyirlər” deyən Z. Oruc səfirliklərinin xarici işlər nazirinin səfər proqramını tərtib edərkən diqqətli olmasının zəruriliyini vurğulayıb: “Müxalifət təmsilçiləri ilə görüşün xarici siyasətlə nə bağlılığı var?”
Z. Oruc onu da bildirib ki, kimlərsə Azərbaycandan nəsə qoparmaq istəyəndə, müxalifət partiyaların dirçəldilməsi cəhdləri meydana çıxır.
DAVAM.AZ: "Bu "kişilərin" dükanını bağlamayın..."

Bu xəbər oxucular tərəfindən 1299 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |