25.11.2016 [09:52] - Gündəm, Hüquq
Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiə Komitəsinin İşçi qrupu yaradılıb.
Müdafiə Komitəsinin sədri, sabiq deputat Əlövsət Ağalarov bildirib ki, İşçi qrupun yaradılmasında məqsəd komitənin fəaliyyətini canlandırmaqdır.
“Qərara gəldik ki, səfirliklərə, BMT-nin İnsan Haqları Komitəsinin Azərbaycandakı Ali Komissarlığına, Cənab Prezidentə müraciət göndərək. Bizim məqsədimiz bu məsələdə dövlətə kömək etmək, işlərini asanlaşdırmaqdır. Ziyalıların, deputatların, ictimaiyyətin hər bir fərdinin fəaliyyətindən hiss olunsun ki, bu millət, xalq onları unutmur və azad olunmaları üçün çalışırıq. Təbii ki, bu ağrılı, çətin, dalana dirənmiş bir məsələdir, ancaq ümidsiz deyilik. Bu məsələ ilə bağlı həftədə 2 dəfə toplaşmağı planlaşdırırıq. Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, orda yaşayan azərbaycanlılarla əlaqə saxlayırıq, onların da fəal olmasını istəyirik. Qoy Ermənistanın Rusiyadakı səfirliyi qarşısında Rusiyanın dövlət qurumlarına müraciət etsinlər ki, Dilqəm Azərbaycan vətəndaşı deyil, Rusiya vətəndaşıdır, Şahbazın da həyat yoldaşı Rusiya vətəndaşıdır. Bu işdə Rusiyanın çox böyük rolu ola bilər. 30-a yaxın müraciət hazırlamışıq, müraciətlərdən 10-nu dünən göndərdik. Yerdə qalanları da hazırlayıb göndərəcəyik. Bu gün də görüşlərimiz olacaq. Bu məsələnin canlandırılması üçün mütəmadi görüşlər keçirməyi planlaşdırırıq, görək kim bizi qəbul edəcək”.
Əlövsət Ağalarovun sözlərinə görə, girovların müdafiəsi üçün beynəlxalq səviyyədə tanınan hüquqşünaslara da müraciət ediblər.
“Beynəlxalq hüquq üzrə tanınmış ukraynalı Mereçkovu da bu məsələyə cəlb etmişik. Mereçkov mənim dostumdur və çox ləyaqətli bir hüquqşünasdır. Onun Bakıya gəlməsi gözlənilir. Əgər o Bakıya gələ bilməsə, mən ilin sonunda Ukraynaya gedəcəm. İstəyirik ki, beynəlxalq qurumlarla o işləsin. Çünki Mereçkov beynəlxalq hüquqşünasdır, dünyada tanınır. Biz boynumuza götürməmişik ki, Dilqəm və Şahbazı azad etmək missiyamızdır. Bizim gücümüz, imkanımız nəyə çatsa o səviyyədə hərəkət edəcəyik”.
Qafar Ağayev[right][/right]

Bu xəbər oxucular tərəfindən 561 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |