Şrift:
Bakı aeroportu ətrafında Xüsusi İqtisadi Zona yaradılacaq
25.11.2016 [09:56] - Gündəm, İqtisadiyyat
Heydər Əliyev Beynəlxalq Hava Limanının ətrafında Xüsusi İqtisadi Zona yaradılacaq.
Bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində tapıb.

Layihənin “4.3.5.1 Nəqliyyat sektorunun inkişaf istiqamətləri” adlanan fəslində bildirilir ki, ölkədə milli aviadaşıyıcının fəaliyyətinin daha da kommersiyalaşdırılması, tranzit yük daşımaları potensialının artırılması məqsədilə Heydər Əliyev Bakı Beynəlxalq Limanının hüdudlarında Xüsusi İqtisadi Zona və ölkə ərazisində hava nəqliyyatı logistik aşırma qovşaqları yaradılacaq.
“Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” artıq Milli Məclisə təqdim olunub və parlamentin qarşıdan gələn plenar iclasında müzakirə olunacaq.

Ağa AKİFOĞLU
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed