17.03.2012 [10:00] - Xəbərlər, Fərəc Quliyev
Hörmətli sədr, Baş nazir, hökumət nümayəndələri və deputatlar
haminizi bayram munasibətilə təbrik edirəm.
Hesabatla tanış oldyqda nəzəri cəhətdən hər sektora müvafiq yanaşma var.Lakin mən bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm.
1. Dövlət Neft fondunun vəsaitləri aşağı-illik 3 faiz olmaq şərti ilə xarici ölkələrdə idarə olunur. Amma ölkənin kommersiya bankları xarici maliyə qurumlarından kifayət qədər böyük faizlə borc alırlar. Kommersiya bankları maliyyə ehtiyatlarını Mərkəzi Bankdan kənar mənbələr hesabına formalaşdırır Bank sektorunun ən ciddi problemlərdən biri maliyyə dayanıqlığının və likvidliyinin aşağı olması ilə bağlıdır. Azərbaycanın dövlət rezervlərinin bir hissəsinin ölkəyə gətirilməməsi və kommersiya banklarının saxlanması ilə bağlı tədbirlərin görulməməsi öz mənfi təsirini göstərir.. Hesab edirəm ki,bu yanaşma dəyişilməlidir.
2. Əgər biz dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsini istəyiriksə, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunu təkmilləşdirməli, həmin vəsaitdən səmərəli istifadəyə nəzarət gücləndirilməlidir, bu məsələyə toxunuldu - məsələn, təmir adı altında kifayət qədər israfçılıga yol verilir.
3. Məncə, Büdcədən maliyələşən və maliyə yardımı alan təşkilatlara, dövlət müəssisələrinə nağd şəkildə ödəmələr minimuma endirilməlidir.
4. Kommunal sektorun idarəetməyə verilməsi ən vacib məsələlərdən biri olmalıdır. Söhbət istilik təchizatı, elektrik enerjisi və qaz sektorundan gedir. Dövlət mülkiyyətini özündə saxlamaq şərti ilə bu sektoru özəl idarəetməyə verməlidir.
Kommunal sektorun dövlət nəzarətində olması səbəbindən ora dövlət büdcəsindən çoxlu pul buraxılmasında maraqlı olurlar.
5. Hökumət 2012-ci ildə 9.7 mlrd ABŞ dolları həcmində mal idxalı proqnozlaşdırıb ki, bunun da 7.9 mlrd. ABŞ dolları qeyri - neft sektorunun payina düşür. Halbuki, idxal məhsullarının əksəriyyəti ölkədə istehsal olunur və ya oluna bilər.
Bu haqda ciddi düşünmək lazımdır. Həm yeni qlobal maliyə böhranı proqnozları, həm də İrana tətbiq edilən sanksiyalar idxal mallarının hansı çeşidi ölkəmizdə istehsal olunursa bu sahələrə xüsusi diqqəti zəruri edir.
6. Naxcivan istehlak mallarının bir qismini İrandan alır və artıq İranda yaranan durum həm Naxcivana gətirilən istehlak mallarının miqdarına, həm də qiymətlərinə əhəmiyyətli təsir edib. Naxcivanda bir neçə meyvə-tərəvəz emalı zavodunun, soyuducu anbarların təcili tikilməsi labüddür. Əvvəla İranla baglı hər hansı fors-major vəziyyətdə oradan istehlak məhsulları alinmaya bilər, qitlıq yaranar.
ikinci - Naxçıvan aqrar bölgədir insanlar məhsulunu sata bilmirsə, onun istehsalında sozsuz ki, maraqlı olmayacaq. Belə olanda yaşayış səviyyəsi aşağı düşəcək. Yaşayış səviyyəsi aşağı olarsa, iş qabiliyətli əhali köçmək məcburiyyətində qalar.
Emal zavodları tikilərsə, həm iş yerləri açılar, həm məhsul istehsalına maraq olar, kənd təsərrüfatı inkişaf edər, bölgənin ərzaq təhlükəsizliyi təmin olunar və istehlak malları üçün valyutamiz kənara axmaz.
Məncə bu yanaşma bütün Azərbaycana şamil olunmalıdır - Azərbaycan İran ətrafında baş verənlərin girovuna çevrilməmək üçün idxal-ixrac siyasətində hazırlıqlı olmalıdir.
Diqqətinizə görə təşəkkür edirəm.

Bu xəbər oxucular tərəfindən 1981 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |