Şrift:
“Erməni soyqırımı” hardan qaynaqlandı?! - II HİSSƏ
11.10.2011 [16:14] - Güney Azərbaycan xəbərləri
İngiltərə yaxud Cin və Şeytan birlikdə

II HİSSƏ


Haşiyə: Burada oxucunun diqqətini bir tarixi məqama yönəltmək istərdim. “İngilis cəsusunun etirafları. Mister Hemferin xatirələri”( Hüquq ədəbiyyatı nəşriyyatı, Bakı, 2008, səh. 11.) kitabını oxuyanlar bilir, oxumayanlardan xahiş edirəm ki, İngiltərənin imperiya siyasətinin şiddətinə bir baxsın və düşünsün “ Dövləti-Ali ”-ni,yəni- Osmanlını parçalamaq, onun torpaqlarını işğal etmək və ya koloniyaya çevirmək üçün nə qədər planlar cızmış, nələr etmiş və nələrdən çıxmışdır. Kitabdan aldığım kiçik bir parçaya fikir verin: ” 1710-cu ildə MNN ( ingiltərənin müstəmləkələr nazirliyi) məni (mister Hemferi-Ə.K.) müsəlmanları parçalamaq üçün gərəkli və əhəmiyyətli məlumatlar toplamaq və cəsusluq etmək məqsədilə Misir, İran, Hicaz, və İstambula göndərdi. Məndən başqa 9 nəfər də təyin edildi. Bizi lazım olan miqdarda pul, xüsusi məlumatlar, dövlət adamları, din adamları və qəbilə başçılarının adları olan siyahı ilə təchiz etdilər. Heç vaxt unutmaram ki, katib ilə mübahisə edən zaman nazir bizə belə dedi: - Vaxtınızı faydasız mübahisələrə sərf etməyin. Dövlətimizin gələcəyi sizin bacarığınızdan asılıdır. Bu yolda var gücünüzlə çalışmalısınız.
...Müsəlmanların məndən şübhələnməmələri üçün türk dilini bütün incəlikləri ilə öyrənməli idim.
İraq səfərindən əvvəl katib (MNN katibi nəzərdə tutulur-Ə.K.) mənə ixtilaflar mövzusunda öz fikirlərini izah edərək dedi: “ Cənab Hemfer, unutma ki, Allah-Təala Habil və Qabili yaratdıqdan sonra, insanlar arasında təbii ixtilaflar vardır. Bu ixtilaflar İsa Məsihin zühuruna qədər davam edəcəkdir. Növbəti səfərdəki vəzifən bu ixtilafları mükəmməl şəkildə öyrənib, topladığın məlumatları nazirliyə ötürmək və çalışıb bu ixtilafları qızışdırmaqdır. Bu işləri görə bilsən, İngiltərəyə ən böyük xidmət etmiş olarsan. Biz ingilislər rifah və səadət içində yaşamağımız üçün bütün dünya dövlətlərində və xüsusilə müstəmləkələrimiz də bu cür fitnə-fəsad və təfriqələr salmaq məcburiyyətindəyik. Osmanlı dövlətini də yalnız bu üsulla yıxa bilərik. Belə etməsək, sayı az olan bir millət sayca yüksək olan xalqlara necə hökmranlıq edə bilər? Var gücünlə müsəlmanların zəif nöqtələrini araşdır və tap! Bil ki, Osmanlı və İran dövləti hal-hazırda ən zəif dövrlərini yaşayırlar. Bunun üçün sənin vəzifən xalqı ədalətlə idarə edənlərə qarşı üsyana sövq etdirməkdir. Tarix boyu bütün inqilablar xalqın ayağa qalxması ilə həyata keçmişdir. Müsəlmanların vəhdətini pozub, zəiflətdikdən sonra onları asanlıqla məğlub edə bilərik”. Əziz oxucu, sizə daha da aydın olsun deyə bilin ki, nazir köməkçisi müsəlman deyərkən yalnız Türkü, Türk millətini nəzərdə tutmuşdur, bu fikirləri yadında saxla - birdəfəlik, həmişəlik!

Əli KƏRİMBƏYLİ
/AMEA/
Bu xəbər oxucular tərəfindən 1640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed