Şrift:
Azərbaycanda Novruz bayramı günlərində dəmir yolu gücləndirilmiş rejimdə işləyəcək
17.03.2012 [11:29] - Gündəm
Novruz bayramı günlərində - martın 20-27-də «Azərbaycan Dəmir Yolları» QSC-nin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi olacaq.
Bu barədə QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
«Bununla bağlı iş adamlarının zərərinə çatdırırıq ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq», - deyə N. Əzməmmədov bildirib.
Bayramı günlərində «Azərbaycan Dəmir Yolları» QSC-nin təsərrüfatları da gücləndirilmiş iş rejimində çalışacaq. Sərnişin sıxlığını aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqon qoşulacaq.
Bu xəbər oxucular tərəfindən 994 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed