Şrift:
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
26.11.2016 [10:39] - Gündəm, İqtisadiyyat
Oktyabrın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,650.7 milyon ABŞ dolları (12,402.6 milyon manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 20.1 faiz təşkil edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu, əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib.
Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed