Şrift:
Xose Perurena Lopez yenidən Beynəlxalq Kanoe Federasiyasının prezidenti seçilib
26.11.2016 [10:44] - Gündəm, İdman
Beynəlxalq Kanoe Federasiyasının (ICF) Bakıda keçirilən XXXVI Konqresində bu qurumun prezidenti vəzifəsinə seçkilər keçirilib.

Qurumun hazırkı rəhbəri Xose Perurena Lopez səsvermə nəticəsində növbəti dörd il müddətinə ICF-in prezidenti seçilib. O, 94 mümkün səsdən 82-ni qazanıb.

Xose Perurena Lopez 1945-ci il aprelin 4-də Madriddə anadan olub. O, 1968-ci il Mexiko Yay Olimpiya Oyunlarında kayak yarışlarında mübarizə aparıb. ICF-ə 2008-ci ildən rəhbərlik edən Xose Perurena Lopez 2011-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 2014-cü ildən isə Beynəlxalq Dünya Oyunları Assosiasiyasının prezidentidir.
Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed