Şrift:
ABŞ-ın Ədliyyə Nazirliyi Fətullah Gülənin ekstradisiyasına dair sualları cavabsız buraxıb
26.11.2016 [10:56] - Gündəm, Hüquq
ABŞ-ın Ədliyyə Nazirliyi iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd göstərmiş FETÖ rəhbəri Fətullah Gülənin həbsi və Türkiyəyə ekstradisiyası məsələsində hələ də sükut nümayiş etdirir.
"Anadolu" agentliyi xəbər verir ki, Ədliyyə Nazirliyi və onun tabeliyindəki xüsusi qurum Fətullah Gülənin həbsi və Türkiyəyə ekstradisiyası ilə bağlı bu günə kimi hər hansı açıqlama yaymayıb. Nazirlik "Anadolu" agentliyinin bununla bağlı sorğusuna "Bu mövzu ilə bağlı şərh vermirik" cavabını verib. Bununla yanaşı, ABŞ-ın Xarici İşlər Nazirliyi də "Anadolu" agentliyinin mövzu ilə bağlı suallarına "Müsahibiniz Ədliyyə Nazirliyidir" – cavabını verərək, agentliyə sualları həmin quruma ünvanlamağı tövsiyə edib.
Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ oktyabrın sonunda ABŞ-a səfəri zamanı amerikalı həmkarı Loretta Linç ilə görüşərək, bu məsələni müzakirə edib.
Bu xəbər oxucular tərəfindən 577 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed