Şrift:
Osakada 6 min Santa Klaus xeyriyyə yürüşünə çıxıb
28.11.2016 [10:34] - Gündəm, Sosial
Yaponiyanın qərbində yerləşən Osaka şəhərində Santa Klaus paltarı geyinmiş təqribən altı min nəfər xeyriyyə qaçışında iştirak edib. Tədbirdən toplanan vəsaitin əsas hissəsi xəstə uşaqlar üçün Milad bayramı hədiyyələrinin alınmasına sərf olunacaq.

iPS hüceyrələri üzrə tədqiqatçı, fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatı Sinya Yamanaka iştirakçılar qarşısında çıxış edib. O, ümid etdiyini bildirib ki, bu xeyirxah addım xəstə uşaqlara xoş təsir bağışlayacaq.

İştirakçılar Osaka qəsrinin ətrafındakı parkda 3 və 5 kilometr məsafələrə qaçmış, xatirə şəkilləri çəkdirmişlər.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed