Şrift:
Türkiyədə FETÖ istintaqı çərçivəsində 4 hərbçi həbs edilib, 3-ü axtarışa verilib
28.11.2016 [10:44] - Gündəm, Hüquq
Türkiyənin Sivas Cümhuriyyət Baş Prokurorluğunun FETÖ işi ilə bağlı aparılan istintaqı çərçivəsində vilayətin Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən xüsusi əməliyyat keçirilib.
Bu barədə "İhlas" agentliyi xəbər yayıb.
Məlumata görə, əməliyyat çərçivəsində terror təşkilatına maddi dəstək verdiyi bildirilən 7 hərbçi şübhəli şəxs qismində saxlanılıb. Barələrində saxlanılma qərarı çıxarılan 3 zabit və 1 çavuş isə həbs edilib.
Qeyd edək ki, barələrində həbs qərarı çıxarılan daha 3 şübhəlinin saxlanılması ilə bağlı əməliyyatlar davam edir.
Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed