Şrift:
“Turan” teleteatrı Türkiyədə keçirilən beynəlxalq festivalda mükafat alıb
28.11.2016 [10:49] - Gündəm, Mədəniyyət
Türkiyənin Mersin şəhərində keçirilən II beynəlxalq teatr festivalında Azərbaycanın “Turan” teleteatrı mükafata layiq görülüb.

Teleteatr festivalda dramaturq Firuz Mustafanın “Müqəvva” tamaşasını nümayiş etdirib.

Rejissor Elçin İmanovun quruluş verdiyi tamaşada baş rolu Kamalə Kamal Nəbibəyova oynayıb. Tamaşa Türkiyədə ilk dəfə avqustda İstanbulun Şişli rayonunda yerləşən Kamera teatrında nümayiş etdirilib.

Mersin festivalının başa çatmasından sonra APA-ya açıqlama verən aktrisa Kamalə Kamal Nəbibəyova deyib :”Müqəvva” tamaşası Türkiyədə iştirak edəcəyimiz bütün mədəniyyət tədbirlərində repertuarımızda olacaq. Azərbaycan dramaturgiyasının şah əsərlərini Türkiyədə səhnəyə qoymaq fikrimiz var. Hazırda Aygün Həsənoğlunun “Adsız qadın” pyesinin məşqlərinə başlamışıq. Bu yolda irəliləməyə və Azərbaycan dramaturgiyasını Türkiyədə və dünyada tanıtmağa davam edəcəyik”.

Qeyd edək ki, “Turan” teleteatrının öz tamaşalarını hazırlamasına və Türkiyədəki mədəniyyət tədbirlərində nümayiş etdirməsinə İstanbulun Kadıköy səmtində yerləşən Azərbaycan Kültür Evi də dəstək verir.
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed