28.11.2016 [11:00] - Gündəm, Sağlıq
ndiki zamanda “filan yerim ağrıır”, “təzyiqim var, “şəkərim qalxıb” və s. deməyən, ümumiyyətlə səhhətindən şikayətlənməyən az adama rast gəlmək olar. Mütəxəssislərin qənaətinə görə bu xəstəliklərin bir çoxu endemik xarakter daşıyır. Son statistik göstəricilərə əsasən, Azərbaycanda yuxarı tənəffüs yollarının xəstəlikləri digərlərinə nisbətən daha geniş yayılıb.
Belə ki, paytaxt Bakıda 196 225, Abşeronda 145 333, Gəncə-Qazax zonasında 69 325, Şəki-Zaqatalada 39 285, Lənkəran iqtisadi rayonunda 72 494, Quba-Xaçmazda 39 068, Aran zonasında 96 045, Dağlıq Şirvanda 29 047, Naxçıvan Muxtar Respublikasında 15481 nəfər tənəffüs yolları xəstəliyindən əziyyət çəkir. Bu rəqəmlər statistik göstəricilərdir. Şübhəsiz ki, qeydiyyata düşməyən xəstələrin sayı daha çoxdur.
Respublika üzrə ikinci yerdə əsəb və hissiyyat sistemi xəstəlikləri üstünlük təşkil edir. Bu təsnifat üzrə Bakıda 63 315, Abşeronda 33 721, Gəncə-Qazax zonasında 21 404, Şəki-Zaqatalada 6 644, Lənkəran iqtisadi rayonunda 6 988, Quba-Xaçmazda 6 961, Aran zonasında 20 498, Dağlıq Şirvanda 5 337, Naxçıvan Muxtar Respublikasında 3 265 nəfər əsəb sistemi və hissiyyat sisteminin ( sinir sistemi, göz və gözün əlavə aparatalarının, qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri daxildir) xəstəliklərinin daşıyıcılarıdır.
Müxtəlif virus mənşəli xəstəliklər isə siyhaıda 3-cü sırada yer alıb. Bakıda 50 805, Abşeronda 11 931, Gəncə-Qazax zonasında 9 788, Şəki-Zaqatalada 9 180, Lənkəran iqtisadi rayonunda 8 537, Quba-Xaçmazda 6 561, Aran zonasında 12 160, Dağlıq Şirvanda 1 456, Naxçıvan Muxtar Respublikasında isə 656 nəfər bəzi infeksion və parazitar xəstəliklərə yoluxmuş insanlardır.
Təbiətdən gələn xəstəliklər
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, ixtisasca həkim Sərdar Cəlaloğlu deyib ki, bəzi xəstəliklər coğrafi faktorların orqanizmə təsirilə bağlıdır. O, eyni zamanda ayrı-ayrı bölgələr üzrə yayılan xəstəliklərlə bağlı da danışıb.
Siyasətçi bildirib ki, bu cür xəstəliklər məhəlli, coğrafi xarakter daşıyır: “Azərbaycanın müxtəlif yerlərində endemik, məhəlli, coğrafi xəstəliklər var. Ərazinin, coğrfi mühitin təsiriləri ilə yaranan xəstəliklərə endemik xəstəliklər deyilir. Bu elmdə çox geniş yayılıb. Məsələn, erməni xəstəliyi var ki, bunu ancaq ermənilər tutur, tropik xəstəliyə ancaq Afrikada yoluxa bilərsiniz. Bu xəstəliklər ərazinin iqlimi, havası, təbiəti ilə bağlıdır”.
Şəkidə zob, Naxçıvanda böyrək daşı...
S.Cəlaloğlunun sözlərinə görə, bu gün Şəkidə ona görə zob və diş xəstəlikləri çoxdur ki, regionda yod çatışmazlığı var:
"Ərazidə qoz ağacı çoxdur. Eyni zamanda suda yod olmadığı üçün bu xəstəliklər geniş yayılıb. Yod çatışmazlığı əsasən bu bölgədə yayılsa da, son illər Lənkəran və Bakıda da bu problemə rast gəlinir.
Naxçıvan mineral sular, duzlarla həddən artıq zəngin olduğundan ərazidə yaşayan əhali üçün böyrək daşlarının olması xarakterikdir.
Kürboyu ərazilərdə yaşayan əhali daha çox malyariya xəstəliyinə tutulur. Niyə? Çünki Kür daşanda ərtafda yaranan gölməçələrdən dolayı ağcaqandaların sayı artır. Ona görə bu ərazi üçün malyariya xəstəliyinin yayılması xarakterikdir”.
Qeyd edək ki, malyariyayaya parazitləri insanın qanı ilə dövr edərək qaraciyərə düşür, onun hüceyrələrinə nüfuz edir, orada böyüyərək çoxalırlar. Sonradan parazitlər qaraciyəri tərk edərək eritrositlərə daxil olur. Bu proses bir həftədən bir neçə aya kimi çəkə bilər. Parazitlər qaraciyərdə olduqda insan heç bir narahatlıq hiss etmir. Eritrositlərə daxil olan parazitlər öz inkişafını davam etdirir və çoxalırlar. Eritrositlərin qılafı partladıqdan sonra onlar digər eritrositlərə daxil olmağa imkan əldə edirlər. Bu cür halda parazitlər toksinlər ifraz edirlər (zəhərlər). Qan dövranına düşəndə parazitlər digər orqanlara, o cümlədən beyinə də xətər yetirə bilər, bunun səbəbi ağır infeksiyaya məruz qalmış eritrosit laxtalarının qanın kapillyarlarda hərəkətinə maneçilik törətməsidir (belə olduqda bədən toxumaları zəifləyir). Bu mərhələyə çatdıqda insan artıq halsızlıq və zəiflik hiss etməyə başlayır.
Malyariyanın simptomlarının sırasına, yüksək qızdırma, üşütmə, baş ağrılarını, əzələ ağrılarını və yorğunluğu aid etmək olar. Bundan savayı eyni zamanda ürək bulanması, qusma və ishal da müşahidə oluna bilir. Eritrositlərin parçalanması səbəbindən malyariya anemiyanın yaranmasına və eləcə də ödün dağılmasına (dəri və gözlərin saralması) gətirib çıxara bilər.
“Bakıda radiaktiv maddələrin miqdarı normadan 10 dəfə çoxdur”
S.Cəlaloğlu deyib ki, hazırda hədsiz şüalanma və radiaktiv maddələrin təsirilə xərçəng xəstəliyi daha geniş arealda müşahidə edilməyə başlayıb:
“Elə yerlər var ki, həmin ərazilərdə xərçəng xəstəliyi geniş yayılıb. Çünki ərazidə şüalanma, radiaktiv maddələr həddindən artıq çoxdur. Bakı şəhərinin özündə qan xəstəlikləri, xüsusilə də qan azlığı üstünlüktəşkil edir. Çünki neftin çıxarılması səbəbindən havada zərərli maddələrin miqdarı çoxdur. Yol verilən radiasiyanın həddi 10 dəfədən artıqdır. Ona görə də Bakıda qan xəstəliklərinə meyl çoxdur.
Cənub bölgəsində ağ ciyər, tənəffüs yolu, böyrək xəstəlikləri geniş yayılıb. Çünki ərazi torpik zonaya daxildir, rütubətlilik həddindən artıq çoxdur. Bu xəstəliklərin müalicəsində quru və isti hava xeyirlidir.
Məndə olan məlumata görə zonlar üzrə endemik xəstəliklərin sayı artıb. Hər hansı coğrafi yer, faktor insan sağlamlığına təsir edir. O zaman həmin yerin əhalisi müəyyən xəstəliklərə yoluxmağa meylli olurlar.
Gülşən RAUFQIZI[right][/right]

Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |